Diaspor dərsləri

22 May 2019-cu ildə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin nümayəndələri məktəbdə ‘ Diaspor dərsləri ’ adlı layihə həyata keçirmişlər. Tədbiri məktəbin direktoru L.H.Hasilova açaraq DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.

 

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə “Orta məktəblərdə diaspor dərsləri” layihəsi haqqında məlumat verib. Azərbaycanda diaspor quruculuğunun əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması, onun dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətlərinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı göstərdiyi xidmətlər barədə geniş məlumat verib.

 

DJB sədri Fuad Hüseynzadə, DJB-nin baş katibi Siyavuş Əmirli, Qala Yunanıstan –Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistrı gənc politoloq Elvin Babayev , dövlətin diaspor siyasəti, Diaspor  Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin idarə heyətinin üzvü, Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi layihəsinin eksperti Nigar Abdullayeva bu istiqamətdə görülən işlər, diasporun qarşısında duran vəzifələr haqqında danışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi