"Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə"nə ekskursiya
15 May 2019-cu il tarixində məktəbin VII sinif şagirdləri tarix müəllimi Paşayeva Səadətin rəhbərliyi altında "Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə"nə ekskursiya təşkl olundu. Muzeylərdə sərgilənən ekspanatlar: taxıl, duz üyütmək üçün dəyirman daşı, nalbənd emalatxanası, daş həvəng şagirdlərin xüsusi marağına səbəb oldu. Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinin nəzdində 2015-ci ildən fəaliyyət göstərən "Tullantıdan Sənətə" muzeyində şagirdləri maraqlandıran suallara cavab verən bələdçi qeyd etdi ki, muzey Heydər Əliyev Fondunun dəstəyi ilə yaranmışdır. Sonra isə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Botanika bağında olduq. Bağdakı nadir ağaclar dünyanın müxtəlif yerlərindən gətirilmişdir. Bağda 1802-növ eqzotik və dekorativ bitkilər var. Bələdçi bitkilər, hər bir ağac haqqında şagirdlərə ətraflı məlumat verdi. Şagirdlər ekskursiyadan xoş təəssuratla qayıtdılar.