Abdulla Şaiqin ev muzeyində
15 May 2019-cu il tarixində məktəbin V sinif şagirdləri sinif rəhbəri Həvva müəllimin rəhbərliyi ilə Abdulla Şaiqin ev muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı şagirdlər Abdulla Şaiqin həyat və yaradıcılığı ilə yaxından tanış olmuş, şəxsi əşyalarına baxmışlar. Burada bələdçi proqram materialında olan A.Şaiqin “Zəhmət və Zinət” mövzusunun daha yaxşı, əyani, yaddaqalan olması üçün bu ekskursiyanın əhəmiyyətli olduğunu bildirdi.Şair, yazıçı, tərcüməçi olmuş Abdulla Şaiq haqqındakı geniş məlumatlar, muzeydəki eksponatların rəngarəngliyi şagirdlərin xoşuna gəlmiş, onlarda bədii qiraətə olan marağın artmasına səbəb olmuşdu