Təhsil Muzeyinə ekskursiya
15 May 2019- cu il tarixdə məktəbin VI sinif şagirdləri tarix müəllimi Azər müəllimin rəhbərliyi ilə Təhsil muzeyinə ekskursiya ediblər. Muzey bələdçisi şagirdlərə Azərbaycan təhsilinin inkişaf tarixi, tanınmış pedaqoqların fəaliyyəti,eyni zamanda tədsis prosesini əks etdirən şəkillər,nadir dərs ləvazimatları,müxtəlif illərə məxsus dərsliklər,proqramlar, əl işləri,albomlar,maketlər və digər eksponatlarla tanış oldular.Bundan əlavə ekskursiya zamanı müasir dövrümüzə qədər təhsil sisteminin formalaşma mərhələləri ,böyük maarifçilərin,elm və dövlət xadimlərinin,pedoqoji ictimaiyyət nümayəndələrinin bu sahədə göstərdikləri xidmətlər xronoloji ardıcıllıqla şagirdlərin marağına səbəb oldu.