Azərbaycan Kəlağayısı Muzeyinə ekskursiya
Martın 7- də məktəbin tarix müəllimi Paşayeva Səadət, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Ələkbərova Mehribanın rəhbərliyi altında VII sinif şagirdləri Azərbaycan Kəlağayısı Muzeyinə ekskursiya etdilər. Muzeydə şagirdlərə bildirilib ki, kəlağayını armud, qoz, cır alma ağacından hazırlanmış, üzəri böyük ustalıqla oyulmuş nəbati, həndəsi və kosmoqonik təsvirlərdən ibarət qəliblərlə naxışlayırlar. Burada əsasən, basmanaxış üsulundan istifadə olunur. Qəliblər naxışlarına görə müxtəlif adlarla adlandırılır. Naxışların içərisində "Günəş”, "Səmayi-şəms”, ”Haşiyə”, "Şax”, "Buta”, "Mədahil”, "Xarı bülbül”, "Heyratı”, "Xətayi”, "Kəpənək”, "Çobanyastığı”, "Çiyələk” və "Aypara” daha məşhurdur. Kəlağayı naxışlandıqdan sonra onun boyanması işinə başlanılır
Daha sonra şagirdlərə bildirilib ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il, noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.