Xocalı soyqırımı

“Bütövlükdə Azərbaycan xalqına qarşıyönəldilmiş Xocalı soyqırımı öz ağlasığmazqəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşərtarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eynizamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."Heydər Əliyev Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir. Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. 26 FEVRAL - XOCALI SOYQIRIMI günüdür.Artıq iyirmi dörd ildir ki, Azərbaycan xalqı hər il bu günü yad edir. Bu gün respublikamızın bütün ictimai yerlərində , o cümlədən təhsil müəssisələrində anılır.Şagirdlərə Xocalı Faciəsi haqqında ətraflı məlumat verilir, tədbirlər keçirilir, bu gün ilə bağlı şagirdlər arasında sərgilər, inşa müsabiqələri keçirilir. Məktəbimizdə müəllim və şagird heyətimizin birgə təşkil etdiyi “ XOCALI SOYQIRIMI” na həsr olunan dəyirmi masada Xocalı sakini məktəbimizin tarix müəllimi Talıbova Şəhla xanımın şagirdlərimizə XOCALI faciəsinin tarixi haqqında geniş məlumat verməsi, bu mövzuda şagirdlərimizin söylədikləri şerlər, öz fikir və rəylərini müəllim və yoldaşları ilə bölüşmələri və sonda məktəbimizin tədris işləri üzrə direktor müavini Nağıyeva Məzburə xanımın çıxışı bir daha XOCALI soyqırımının heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyinin sübutudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi