20 Yanvar
1990-cı ildə Bakıda törədilən qanlı 20 Yanvar faciəsindən 29 il keçir. Hər il olduğu kimi bu ildə xalqımıza qarşı törədilən bu faciə ürək ağrısı ilə ölkəmizin hər yerində anılır.
20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə 178 № li tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə şagird və müəllim kolllektivi iştirak etdi. Məktəbin direktoru L.H.Hasilova çıxış etdi, sonra söz tərbiyə işləri üzrə direktor müavini Ədalət müəllimə verildi. Çıxışlar bitdikdən sonra şagirdlər 20 Yanvar faciəsinə həsr etdikləri kompozisiyanı təqdim etdilər.
20 Yanvar tarixinin qanlı səhifələri bir daha vərəqləndi. Həmin tarix yaddaşlarda Azərbaycan xalqına qarşı sovet dövlətinin həyata keçirdiyi təcavüz və cinayət tarixi kimi qalacaqdır.