Ümummilli Liderin anım günü
Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir. Bu gün ilə əlaqədar olaraq məktəbimizdə də tədbir keçirildi.
Tədbirdə Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, ölkənin, təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıldı. Dövlətimizin söykənəcəyi ideoloji prinsipləri əvvəlcədən müəyyənləşdirən , ümummilli liderin yaratdığı bu prinsiplərin əbədi olduğunu vurğulayan Ədalət Tarverdiyev mərhum liderin Azərbaycan xalqı üçün böyük irs qoyduğunu diqqətə çatdırdı.