20 YANVAR FACİƏSİ XALQIMIZIN QƏHRƏMANLIQ SƏLNAMƏSİDİR
20 YANVAR – ŞƏRƏF və QÜRUR GÜNÜMÜZ!20 YANVAR –QAN YADDAŞIMIZ!20 YANVAR-TARİXİN QƏHRƏMANLIQ SƏHİFƏSİ!20 YANVAR-QANLI FACİƏ! Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Cox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi altı il keçir. Bu gün ÜMUMXALQ HÜZN GÜNÜDÜR. Bu gün bütün ictimai yerlərdə, o cümlədən təhsil müəssisələrində yad edilir.Biz 178№li təhsil müəssisəsi olaraq məktəbimizdə müəllim və şagird heyətimiz ilə birgə 20 Yanvar tarixini dərin hüznlə yad etdik. 20 Yanvar faciəsinə həsr etdiyimiz tədbirimizdə şagirdlərimizin bu mövzuda ifa etdikləri şerlər, mahnılar, səhnəciklər bir daha bu qanlı faciənin hec vaxt yaddaşlardan unudulmayacağının təcəssümüdür. Tədbirimizdə həmçinin Cənubi Koreyanın şagird və tələbələrindən ibarət nümayəndə heyətinin yaxından iştirak etməsi və Qanlı 20 Yanvar hadisələrinin Azərbaycan tarixində mühüm yer tutduğunun və heç vaxt xatirələrimizdən silinməyəcəyinin şahidi oldular.