“ Beynəlxalq Tolerantlıq Günü”

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür. Beynəlxalq Tolerantlıq günü dini inanclarda təcəssüm olunan müxtəliflilik, təhlükə deyil, əksinə, dəyərli bəxşişdir. Azərbaycan tolerant ölkəsidir. Azərbaycanda tolerantlıq cəmiyyətin ayrılmaz bir həyat tərzinə çevrilib və ölkəmiz Multikulturalizmi dəstəkləyir. Azərbaycanda müxtəlif dinlər, mədəniyyətlər bir harmoniya şəklində yaşayır.Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. “Beynəlxalq Tolerantlıq Günü” ilə bağlı respublikamızın bütün ictimai yerlərində, o cümlədən təhsil müəssisələrində də tədbirlər keçirilir.Bizim müəllim və şagird heyətimiz də bu mövzu ilə bağlı yaxndan iştirak etdilər. Belə ki, məktəbimizin tarix müəllimi Səadət xanım şagirdlərimiz ilə birgə” Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “ Mən tolerantlığı necə başa düşürəm” mövzuda maraqlı disput keçirdilər.Burada mövzu ilə əlaqədar olaraq Səadət xanım şagirdlərimiz ilə tolerantlıq nədir, şagirdlərimiz tolerantlığı necə başa düşürlər, Azərbaycanda hansı millətlər yaşayır, onların həyat tərzləri kimi mövzularda söhbətlər, müzakirələr apardılar.Disputumuz məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Ədalət müəllimin yaxından iştirakı ilə, Səadət xanımın tolerantlıqla bağlı verdiyi məlumatlar ilə, şagirdlərimizin fəal iştirakı və sonda məktəbimizin tədris işləri üzrə direktor müavini Məzburə xanımın çıxışı və öz dəyərli fikirlərini şagirdlərimiz ilə paylaşması nəticəsində daha da maraqlı keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi