“ General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi” haqqında
Azərbaycan tarixboyu özünün tarixi şəxsiyyətləri ilə tanınmış və daim onlar ilə fəxr etmişdir. Belə tarixi şəxsiyyətlərimizdən biri də Səməd bəy Mehmandarovdur.Səməd bəy Mehmandarov vətənə göstərdiyi xidmətlərinə görə general rütbəsinə qədər yüksəlmiş və daim vətənin bütövlüyü uğrunda mübarizə aparmışdır. Prezidentimiz İlham Əliyev cənablarının “ General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi” ilə bağlı sərəncamına əsasən 178 №-li təhsil müəssisəsi olaraq müəllim və şagird heyətimiz ilə birgə bu mövzuda yaxından iştirak etdik.Belə ki, məktəbimizin tarix müəllimi İsmayılova Bənövşə xanım öz fənnini tədris etdiyi 8A sinfində tarix dərsini Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr etmişdir.Bənövşə xanım görkəmli generalımızın həyat və hərbi fəaliyyəti barədə , vətənə göstərdiyi xidmətləri haqqında şagirdlərimiz ilə maraqlı söhbətlər, müzakirələr aparmış və şagirdlərimizin general Səməd bəy Mehmandarovu daha yaxından tanımalarında əlindən gələni əsirgəməmişdir.Şagirdlərimiz də həmçinin bu mövzuda yiyələndikləri biliklər sayəsində dərsin daha da maraqlı keçməsində yaxından iştirak etdilər.