31 Mart azərbaycanlıların soyqırımı günüdür.
Azərbaycan tarixinin mürəkkəb və ziddiyyətli dövrü 1918-1920-ci illəri əhatə edir.Bu illər mənəvi repressiyaya məruz qalan Azərbaycan xalqının təkcə şərəfini və vicdanını deyil,eyni zamanda onun milli mövcudluğunu da zamanın imtahanına çəkmişdir.Azərbaycanlıların soyqırımı 1918-ci il martın 30-dan aprelin 2-nə kimi kütləvi şəkildə,sonra isə müxtəlif bölgələrdə də baş verməklə sentyabra qədər davam etmişdir.
Mart faciəsi özünün əsl siyasi qiymətini yalnız azərbaycanlıların soyqırımı haqqında AR-nın prezidenti H.Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı verildikdən sonra aldı.Həmin ildən hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur.