Xocalı faciəsi – tarixin ən qanlı səhifəsi
Xocalı soyqırımı erməni şovinist – millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin miqyasca ən dəhşətlisidir.1992- ci il fevralın 25-dən 26 –na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir.
Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar məktəbimizdə bütün siniflərdə bu mövzuda mühazirələr, dəyirmi masalar təşkil olundu.I-XI siniflər arasında “ Xocalısız 26 il” mövzusunda rəsm-sərgi müsabiqəsi keçirildi.Xocalı soyqırımı ilə əlaqədar şagirdlər tərəfindən hazırlanan divar qəzetlərin, guşələrin təşkili, “Xocalıların kədəri və ümidi” mövzusunda inşa yazı və “Bir yurd vardı –Xocalı” mövzusunda bədii qiraət müsabiqəsinin keçirilməsi bir daha tariximizin bu qanlı səhifəsinin heç vaxt yaddaşlardan silinməyəcəyinin sübutudur.
Xocalı faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı məktəbin müəllim və şagird heyətinin birgə hazırladığı “Xocalı –xalqımızın qan yaddaşı” adlı ədəbi- bədii kompozisiyada şagirdlərin ifa etdikləri şerlər,səhnəciklər, həzin musiqilər,səsləndi.Nərimanov rayon agsaqqallar şurasının sədri Mirkazım Seyidov məktəbin tarix müəllimi Xocalı sakini Talıbova Şəhla, azərbaycan dili müəllimi Cəfərova Xınalı şagirdlərə həmin hadisənin dəşətlərindən danışdılar. Tədbirin sonunda məktəbin direktoru Hasilova Laləndər xanımın kədərli notlara toxunması və ürək sözlərini şagirdlərimiz ilə bölüşməsi bu günə olan diqqətimizin göstəricisidir.