Ulu öndər.
12 dekabr 2017-ci il tarixdə 178 saylı məktəbdə müəllim və şagird kollektivi ilə birlikdə böyük siyasətçi "H.Əliyevin anım günü"münasibəti ilə böyük toplantı keçirildi. Bu toplantıda tarix müəllimləri Azər Həsənli,Paşayeva Səadət və Quliyeva Banövşə çıxış edərək,Heydər Əliyevin keçdiyi tarixi yollardan onun siyasət hökmdarı olduğundan 1993-cü il 15 iyun Qurtuluş günündən xalqa,Azərbaycana gördüyü misilsiz işlərdən ,tarixə verdiyi qiymətlərdən və s.haqqında geniş məlumatlar verdilər. Tarix müəllimləri qeyd etdilər ki,belə şəxsiyyətlər hər xalqa nəsib olan hadisə deyil.Buna görə də bu gun ümidverici hal odur ki,H.Əliyevin yaratdığı dövlət etibarlı əllərdədir.