“İstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili” layihəsi uğurla davam edir

    Tədbirimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin ”Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə qalib olmuş “İstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili” layihəsinə uyğun olaraq keçirildi.

    Təhsil əsri elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında onun rolu heç vaxt indiki qədər aktual olmamışdır. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” - deyən ölkə rəhbəri bu sahəni daim diqqətdə saxlayır, təhsil sahəsi üzrə çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi üçün fərman və sərəncamlar imzalamışdır.

    “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında” istedadlı uşaqlarla bağlı strateji hədəflər və tədbirlər, Azərbaycan Respublikası Təhsil Nazirinin 28 avqust 2017-ci il tarixli, 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin fəaliyyət planının 1.3.10. bəndinə əsasən məktəblərdə istedadlı şagirdlərlə aparılan işlərin vəziyyətinin araşdırılması, hər bir məktəbdə, eləcə də rayon (şəhər) üzrə istedadlı şagirdlərdən ibarət məlumat bankının yaradılmasının təmin edilməsi, müxtəlif sahələr əhatə olunmaqla istedadları ilə fərqlənən şagirdləri aşkara çıxarmaq üçün kiçik olimpiada, müsabiqə və yarışların təşkilinin nəzərdə tutulduğunu qeyd edilmişdir.

    Son illərdə Azərbaycan Respubliksı təhsil nazirliyi tərəfindən istedadlı şagirdlərlə bağlı bir sıra mühüm işlər görülmüşdür. Elə bu işlərin sayəsində beynəlxalq fənn olimpiadalarında medal qazanan məktəblilərimizin sayı ildən-ilə artır. Bu şagirdlər əsasən məktəblərin son siniflərində oxuyan şagirdlərdir. Respublikamızda təhsil nazirliyi tərəfindən yaradılmış beynəlxalq fənn olimpiadasına hazırlıq qruplarları üçün xüsusi proqramı mənimsəmiş şagird ordusuna ehtiyac vardır. Fikrimizcə, gələcəkdə belə fənn olimpiadalarda uğurla iştirak edəcək şagirdlərin seçilməsi aşağı siniflərdən başlanılmalıdır.     Bunun üçün hal-hazırda məktəblərin 7–ci sinfində oxuyan şagirdlərin riyaziyyat, ingilis dili və məntiq üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, daha istedadlı olanların seçilməsi və onlarla daha dərindən məşğul olunması lazımdır.

    Tədbirimizdə Azərbaycan Respublikası Təhsil İnstitutunun və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, şagirdlərin oxuduğu məktəblərin direktorları, layihədə iştirak edən müəllim və şagirdlər, respublika fənn olimpiadalarının münsiflər heyətinin üzvləri, beynəlxalq fənn olimpiadasında medal qazanmış Azərbaycan məktəbliləri iştirak edir. Olimpiada qaliblərinin şagirdlərlə görüşdürülməsinin əsas məqsədi həmin qaliblərin olimpiadalara hazırlıq mərhələləri, olimpiadalarda iştirak təcrübələri, qalibiyyət üçün lazım olan keyfiyyətlərin müzakirə olunmasıdır.

    Digər bir məqsəd müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasıdır. Tədbirdə Bakı şəhəri Nərimanov ərazisində yerləşən məktəblərin riyaziyyat müəllimləri də iştirak edir. Görüşdə müəllimlərə istedadlı şagirdlərin müəyyən olunması və onlarla səmərəli işin təşkili üçün müvafiq metodik göstərişlər veriləcəkdir. Bu görüş şagirdlərə olimpiadalarda iştirak üçün motivasiyanın yaranmasına, yeni təcrübələrin toplanmasına səbəb olacaqdır.

    Layihəmizin məqsədi istadadlı şagirdlərin aşağı siniflərdən seçilməsi və onların potensial imkanlarının daha da inkişaf etdirilməsidir.

    Layihəmiz sentyabr ayının 22-sindən start götürüb və dekabrın 22-sinə qədər davam edəcəkdir. Oktyabrın əvvəlinə qədər təşkilati işlər aparılmışdır.

    Məktəbin saytında və sosial şəbəkələrdə verilmiş elanlara əsasən şagirdlərin onlayn qeydiyyatı aparılmışdır. Seçim turunda 18 məktəbdən 200-ə yaxın şagird iştirak etmişdir.

    Birinci seçim turunda məktəbin 10 və 11-ci sinif şagirdlərindən ibarət könüllülər dəstəsi fəal iştirak etdilər. Bu turda iştirak edən şagirdlər öz nəticələrini 08 oktyabr tarixində saat 18:00-dan etibarən http://istedad.imtahan.net/qeydiyyat/ linki vasitəsilə öyrəndilər. Ən yüksək nəticə göstərmiş 34 şagird riyaziyyat və məntiq dərslərinə cəlb olundular. Hər qrupda 17 şagird olmaqla 2 qrup yaradıldı. Hər qrupda həftədə 6 saat riyaziyyat və 2 saat məntiq dərsləri tədris olundu. Dərslərin 15 dekabra qədər davam etdirilməsi nəzərdə tutulubdur. Dərslər 178 saylı tam orta məktəbdə keçirilir.

    Şagird və müəllimlər arasında effektiv əlaqə yaradılması məqsədilə facebook sosisial şəbəkəsində “İstedad qrupu” və Whatcap qrupu yaradılmışdır.

    29 oktyabr 2017-ci il tarixində II seçim turu keçirilmişdir. Bu turda qalib gələn 26 nəfər şagird hər qrupda 13 nəfər olmaqla 2 qrupda öz dərslərinə davam etdirirlər.

    Layihənin sonunda şagirdlərin bilik və bacarıqları yenidən qiymətləndiriləcəkdir. Ən yüksək nəticəli şagirdlər hədiyyələr və diplomlarla mükafatlandırılacaqdır.

 

Çıxış edənlər:

1. professor Nasim Abışov

Layihənin rəhbəri, Bakı şəhəri 178 nömrəli tam orta məktəbin direktoru,

2. Fuad Qarayev

Azərbaycan Respublikası Təhsil İnstitutunun “İstedadlı uşaqlarla iş şöbəsi” nin müdiri

3. Namiq Ağayev

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

İnkişaf Layihələri sektorunun əməkdaşı

4. Həsən Həsənzadə

Beynəlxalq riyaziyyat olimpiadasının qalibi

5. Fəridə İsmayılova

Layihə iştirakçısı, II Seçim turunun qalibi, 34 nömrəli məktəbin şagirdi

6. Dosent Rahim Hüseynov

193 nömrəli tam orta məktəbin direktoru

7. Xuraman Osmanova

Pişəvəri adına Respublika humanitar gimnaziyanın direktoru

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi