Konsititusiya günü
Konstitusiya-özündə hüquq və qanunları əks etdirən ali, hüquqi qüvvəyə malik olan dövlət sənədidir.
12 Noyabr Azərbaycanda Konstitusiya günüdür. 1995-ci il noyabrın 12-də birinci çağırış Milli Məclisə seçkilərlə eyni gündə keçirilən ümumxalq referendumunda Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olunub.
Bu tarixi hadisə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi. Müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu həm də çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.
12 noyabr Konstitusiya Günü respublikamızın bütün ictimai yerlərində hər il qeyd olunur.