Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən dövlət və özəl ümumtəhsil məktəblərinin və liseylərin direktorlarının nəzərinə!
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində qalib olmuş “İstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili layihəsində rəhbərlik etdiyiniz məktəblərin VII sinfində oxuyan istedadlı şagirdləri ödənişsiz iştirak edə bilərlər. Layihənin məqsədi istadadlı şagirdlərin aşağı siniflərdən seçilməsi və onların potensial imkanlarının daha da inkişaf etdirilməsidir.Qarşıya qoyulmuş vəzifələr:-Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən məktəblərin 7-ci sinfində oxuyan istedadlı şagirdlərin seçilməsi; -İlkin mərhələdə seçilmiş istedadlı şagirdlər üçün riyaziyyat və məntiq dərslərinin təşkili;-Seçilmiş istedadlı uşaqlarda beynəlxalq fənn olimpiadalar haqqında müsbət fikirlərin aşılanması üçün onların qaliblərlə görüşünün təşkili;-Layihənin sonunda yüksək nəticə göstərmiş şagirdlərin yenidən qiymətləndirilməsi və mükafatlandırılması;-Ən yüksək nəticə göstərmiş şagirdlərin elektron məlumat bazasının yaradılması;-İstedadlı şagirdlər üçün riyaziyyat və məntiq fənləri üzrə xüsusi proqramın, metodik materialların hazırlanması Bakı şəhəri Nərimanov ərazisində yerləşən məktəblərində 7-ci sinifdə oxuyan istedadlı şagirdlərin seçilməsi və onların gələcəkdə respublika və beynəlxalq olimpiadalarda, müxtəlif yarış və müsabiqələrdə yüksək nəticə göstərmələri üçün aşağıdakı işlərin görülməsi planlaşdırılmışdır. 06 oktyabrda saat 15:00-da Bakı şəhəri Nərimanov ərazisində yerləşən məktəblərin 7-ci sinfində oxuyan istedadlı şagirdlərin riyaziyyat və məntiq üzrə bilikləri qiymətləndiriləcəkdir. Müsabiqə 178 saylı tam orta məktəbdə keçiriləcəkdir. Müsabiqədə şagirdlər riyaziyyatdan 5 məsələ və məntiqdən 5 məsələ olmaqla 10 suala cavab verməlidirlər. Riyaziyyat fənnindən olan məsələlərə ümüilikdə 60 bal, məntiqdən 40 bal veriləcəkdir. Beləliklə, bütün suallar ümumilkdə 100 balla qiymətləndiriləcəkdir. Məsələlərə çətinlik dərəcəsinə görə bal veriləcəkdir. Müsabiqədə 60%-dən yüksək nəticə göstərmiş ilk 24 nəfər şagird seçiləcəkdir.07 okytabrda müsabiqə nəticələri 178 saylı məktəbin saytında və sosial şəbəkələrdə yerləşdirləcəkdir. 08 oktyabrdan bilik və bacarıqları qiymətləndirilmiş şagirdlər içərisindən ən yüksək nəticə göstərmiş 24 nəfər dərslərə cəlb olunacaqdır. Dərslərin riyaziyyat və məntiq fənləri üzrə həftənin şənbə və bazar günləri saat 12:30-15:30-da keçirilməsi nəzərdə tutlmuşdur. Hər qrupda 12 şagird olmaqla 2 qrup yaradılacaqdır. Hər qrupda həftədə 6 saat riyaziyyat və 2 saat məntiq tədris olunacaqdır. Dərslərin 14 dekabra qədər davam etdirilməsi nəzərdə tutulmuşdur. Dərslər 178 saylı tam orta məktəbdə keçiriliəcəkdir. Seçilmiş müəllimlər və şagirdlər riyaziyyat və məntiq üzrə dərs vəsaitləriylə təmin olunacaqlar. Layihənin sonunda şagirdlərin bilik və bacarıqları yenidən qiymətləndiriləcəkdir. Bağlanış və mükafatlandırma mərasimi 178 saylı tam orta məktəbdə 25 dekabr tarixində keçiriləcəkdir.Layihənin 04.10.2017-25.12.2017- ci il ərzində keçirilməsi nəzərdə tutulur. Əlaqə:Telefon 012 567 54 28050 210 46 73e-mail:
[email protected]@bakuedu.gov.azÜnvan:Nərimanov rayonu, A.Heydərov küçəsi 26Seçim turunda iştirak etmək üçün buradan qeydiyyatdan keçmək lazımdır: http://istedad.imtahan.net/qeydiyyat/