18 OKTYABR- “MÜSTƏQİLLİK GÜNÜ”

Müstəqillik , müstəqil olmaq bir dövlətin, bir xalqın həyatında mühüm rol oynayan amillərdən biridir. Müstəqillik-bir dövlətin bütövlüyü ,bir xalqın birliyi , əmin-amanlığı deməkdir.Müstəqil olmaq hər kəsin haqqıdır. Azərbaycan Respublikası 1991- ci il 18 oktyabr tarixindən etibarən öz müstəqilliyini hər il bu günü təntənəli şəkildə qeyd edir.18 oktyabr “Müstəqillik Günü “ həmçinin respublikamızın bütün təhsil ocaqlarında qeyd olunur. Bu gün ilə bağlı tədbirlər keçirilir, müəllimlər şagirdlərin bu mövzuda biliklərinin zənginləşməsində yaxından iştirak edirlər.Biz də 178 saylı təhsil müəssisəsi olaraq hər il olduğu kimi bu ildə bu günü müəllim və şagird heyətimiz ilə birgə xüsusi şəkildə qeyd etdik.18 oktyabr ”Müstəqillik Günü” adı altında keçirdiyimiz tədbirimizdə məktəbimizin fəal şagirdləri öz şerlərini, bu gün haqqında öyrəndikləri məlumatları məktəbimizin digər şagirdləri ilə paylaşdılar.Tədbirimizin sonunda məktəbimizin direktoru Yusif Məmmədov cənabları şagirdllərimizə öz ürək sözlərini bildirdi və bu gün ilə bağlı fikirlərini şagirdlərimiz ilə bölüşdü. Müstəqilliyimiz əbədi və daimidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi