Məmməd Rahim-azərbaycanlı şair, dramaturq , tərcüməçi
Hüseynov Məmməd Abbas oğlu(Məmməd Rahim)- Azərbaycan ədəbiyyatında, incəsənətində öz dəstixətti olan Azərbaycanın xalq şairi, Azərbaycanın Əməkdar incəsənət xadimidir. Məmməd Rahim Azərbaycan ədəbiyyatına “Xaqani” mənzum dramı, “Sayat Nova”, “Natəvan” poemaları kimi əvəzolunmaz töhfələr bəxş etmişdir.”Arzu qız”, “Vətən sevgisi”, “Səhərin nəğməsi”, “Abşeron torpağında”, “Balaca bağbanlar”, “ Leninqrad göylərində”vəs. bu əsərlər Məmməd Rahimin maraqlı əsərlərindəndir.Məmməd Rahimin bir çox əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə edilmişdir. Azərbaycanın görkəmli nümayəndəsi Məmməd Rahimin - 110 illik yubileyi ilə əlaqədar şagirdlərimiz həm Mərkəzi kitabxanada, həm də məktəbimizin kitabxanasında keçirilən “ Məmməd Rahimin yaradıcılıq yolu”adlı tədbirdə fəal iştirak etdilər.Tədbirdə məktəbin ədəbiyyat müəllimi Hüseynova Sədaqət müəllimə şagirdlərə Azərbaycanın xalq şairi ,yazıçısı Məmməd Rahimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.Kitabxana müdiri Səttarova Nazilə xanım şagirdləri Məmməd Rahimin şerlərindən, əsərlərindən ibarət bir neçə kitablar ilə yaxından tanış etdi.Şagirdlər “Xaqani” mənzum dramından bir hissəni səhnələşdirərək maraqlı çıxış etdilər. Əsərlərdən maraqlı sitatlar gətirdilər , yazıçının əsərlərində toxunduğu məsələlər, mövzular haqqında fikirlər söylədilər, müzakirələr etdilər.