"Son Zəng" tədbiri keçirildi
İyunun 14-də Bakı şəhəri D. Nəbiyev adına 178 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə məktəbin adını daşıdığı şəhid Dilqəm Nəbiyevin bacısı Şəfiqə xanım, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Vüsalə Əşrəfova, Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşı Azər müəllim, məktəb rəhbərliyi, müəllim kollektivi və məzunların valideynləri iştirak etdilər.
İlk öncə məktəbin direktoru Xəyalə Qasımova çıxış edərək, məzunlara gələcək təhsil həyatında nailiyyətlər arzulayıb, şagirdlərin Vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyinə əminliyini ifadə etdi. Daha sonra nailiyyətləri ilə seçilən müəllim və şagirdlərə "Təşəkkürnamə"lər təqdim edildi.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.