Ümummilli lider Heydər Əliyevin 102 illiyi münasibəti ilə dəyirmi masa keçirildi

Bu gün məktəbimizdə 9"A" sinif şagirdləri ilə "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" adlı dəyirmi masa keçirildi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Ulu Öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra məktəbin direktoru Xəyalə Qasımova çıxış edərək, dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqının, bütövlükdə türk dünyasının dahi şəxsiyyəti olduğunu fəxrlə vurğulayaraq onun zəngin irsinin gələcək nəsillərə dərindən və hərtərəfli öyrədilməsinin müstəsna əhəmiyyətindən bəhs edib.
Daha sonra təşkilatçı Nağızadə Pəri, tarix müəllimləri Samirə Qurbanlı, Şəhla Talıbova öz çıxışlarında Azərbaycanın yeni tarixini yazıb, yaratdığını və bu tarixin bu gündə yaşadığını bildirdilər.Qeyd edildi ki, dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimidir. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat və həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.