" Bir ömrün səlnaməsi"

Bu gün məktəbimizdə Ulu Öndər Heydər Əliyevin 102 illiyi münasibəti ilə " Bir ömrün səlnaməsi" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Xəyalə Qasımova, direktor müavinləri, müəllim kollektivi və şagirdlər iştirak etdilər.
Tədbir himnimizin səsləndirilməsi ilə başlandı.
Daha sonra “Heydər Əliyev hakimiyyətinin I dövrü”, “Heydər Əliyev hakimiyyətinin II dövrü”, “Heydər Əliyevlə bağlı sitatlar” mövzularında videoçarxlar təqdim edildi, onun uzaqgörən liderliyi, siyasi irsi və ölkənin müstəqilliyinin möhkəmləndirilməsindəki rolu vurğulandı. Şagirdlər şeir və mahnılar söylədilər.
O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.