Yurdumuza bahar gəlir

Bahar gəlişi ilə elimizə,obamıza təravət gətirir. Bu, təravət bizim ruhumuzu isidir,bizə sevinc bəxş edir.İnsanlar bahar fəslini çox sevirlər.Çünki bu fəsildə hamımızın şıltaq uşaq sevinci ilə gözlədiyimiz bir bayramı qarşılayırıq .Bu, Novruz bayramıdir
Novruz bizə ən əziz, ən doğma bayramdır.Bu bayram bir çox adətləri ilə yadda qalıb. Novruzun gəlişi evlərimizə sevinc, şadlıq gətirir.Küsülülər barışır.Hamı istəyir ki,bayramı daha yaxşı, fərəhlə qarşılasın.Ona görədə hər evdə xüsusi novruz hazırlıqları gedir.Növbənöv bir-birindən ləzətli yeməklər, şirniyatlar hazırlanır, xonçalar bəzənir, bolluq rəmzi olan səməni cücərdilir.
Bu gün məktəbimizdə "Yurdumuza Bahar gəlir" adlı Novruz şənliyi keçirildi. Məktəbin 7Ç sinif şagirdləri milli geyimlər geyinərək rəqslər etdilər, Novruz adət-ənənələrindən danışdılar. Daha sonra keçəl, kosa obrazları gələrək bayrama daha da rəng qatdılar. Sonda müəllimlər və şagirdlər birlikdə yallı getdilər tonqal ətrafında.
Bayramımız mübarək!