Od Çərşənbəsi

Qışın qarlı gecələri arxada qalır, insanlar baharın isti nəfəsini hiss etməyə başlayır. Azərbaycanın hər guşəsində tonqallar qalanır, alov göyə ucalaraq sanki qışın soyuq nəfəsini yandırır. Bu, Od çərşənbəsidir – bəd nəzəri, pisliyi, xəstəlikləri arxada qoyub yeni başlanğıclar üçün ümid tonqalları yandırdığımız gün. Azərbaycan xalqı əsrlərdir ki, Od çərşənbəsini qışın sonuncu soyuqlarını əridən bir gün kimi qeyd edir. Bu çərşənbə təkcə odun alovlanması deyil, həm də ürəklərin istilənməsi, ümidlərin yenidən doğulması deməkdir. Qədim inanclarla müasir duyğuların qovuşduğu bir bayramda ölkəmizdə hər kəs bu gün qalanan tonqalların ətrafında birləşərək müxtəlif ayinləri yerinə yetirəcək.

Bu gün məktəbimizdə Od çərşənbəsinə həsr olunmuş sinif təşkilat saatı keçirildi. 1B sinif şagirdləri sinif rəhbərləri Sevda Rüstəmovanın iştirakı ilə Novruz adət-ənənələrini səhnəciklərlə canlandırdılar. Qızlar milli şirniyyatlarımız olan şəkərbura naxışladılar. Novruz atributlarımız olan keçəl, kosa obrazları səhnəyə dəvət olundu, daha sonra birlikdə rəqs etdilər. Baharın gəlişinə həsr edilmiş şeirlər söylədilər. Tariximizi özündə əks etdirən səhnədə nehrə, əl dəyirmanı olan kirkirə, yun əyirmək üçün cəhrə, mis qablar, qədimi xalçalar yerləşdirilmişdi. Daha sonra şagirdlərimiz yumurta döyüşdürdülər, maket formasında olan tonqaldan tullandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi