Xocalı 33 il...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Bu gün məktəbimizdə şagirdlər və məktəb kollektivinin iştirakı ilə Xocalı Fəciəsinə həsr edilmiş tədbir keçirildi. Tədbir Himnimizin səsləndirilməsi ilə başladı, daha sonra vətən uğrunda canından keçən qurbanlarımızın ruhları bir dəqiqəlik sükutla yad edildi. Vətənpərvərlik mövzusunda şeirlər söylənildi, şagirdlərin əl işləri təqdim edildi.  Məktəbimizin tarix müəllimi, Xocalı faciəsinin canlı şahidi Şəhla müəllimə çıxış etdi. Sonda məktəbimizin direktoru Xəyalə Qasımova çıxış edərək şagirdləri daim belə vətənpərvər ruhda olmağa səslədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi