Beynəlxalq Ana Dili Günü

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Bu gün məktəbimizin 1A sinif şagirdləri Beynəlxalq Ana Dili Gününə həsr olunmuş kiçik tədbir keçirdilər. Şagirdlər Ana Dilinə həsr olunmuş şeirlər söylədilər, səhnəciklər göstərdilər.
Məktəb şagirdləri Ana Dili Günü ilə bağlı divar qəzetləri hazırladılar.