Süleyman Sani Axundovun 150 illik yubileyi

Süleyman Sani Axundov -Azərbaycan dramaturqu, nasir, maarif xadimi, Əmək Qəhrəmanı. Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürmüşdür.
Bu gün məktəbimizdə Süleyman Sani Axundovun 150 illik yubileyi münasibəti ilə tədbir keçirildi. Tədbirdə uşaq yazarı, prof. Solmaz Amanova qonaq qismində iştirak etdi.
Şagirdlərimizin təqdimatında ədibin əsərlərindən səhnəciklər canlandırıldı. Həyat və yaradıcılığı ilə bağlı videoçarx təqdim edildi.