Pedaqoji Şuranın növbəti iclası...

 

Bu gün məktəbin Akt zalında fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Xəyalə Qasımova, təlim - tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə təşkilatçı, məktəbin psixoloqu, kitabxana müdiri və müəllimlər iştirak etdilər.

Məktəb Pedaqoji Şura iclasını məktəbin direktoru X. Qasımovanın çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.

İclasın əsas gündəliyi: şagirdlərin dərsə dəvamiyyəti, təlim nəticələri, növbətçi müəllimlərin fəaliyyəti, II yarımilində qarşıya qoyulmuş məqsədlər və s.

İclasda I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi