20 Yanvar faciəsinin 35- ci il dönümü...
20 Yanvar tarixi, Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. Məktəblərdə “20 Yanvar”a həsr olunmuş tədbirlərin təşikili ən vacib məsələlərdən hesab olunur və təsadüfi deyil ki, şagirdlər bu anım günlərində iştiraka böyük həvəslə yanaşır.
Bu gün məktəbimizin təşkilati işlər üzrə direktor müavini və tarix müəllimləri şagirdlərlə mövzu ilə bağlı dəyirmi masa keçirdilər. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
35-ci ildönümünü qeyd etdiyimiz Yanvar hadisələrindən müasir Azərbaycanın hər bir yeniyetmə və gənci xəbərdardır. Bu gün hüzn günü olsa da bu gənclər 20 Yanvarın əslində qürur mənbəyi olduğunun da fərqindədirlər.