Qanlı Yanvar...
Məktəbimizdə 6-7-8 - ci siniflərdə 20 Yanvar fəciəsinə həsr olunmuş divar qəzetləri hazırlandı.
Şagirdlər o qanlı gecənin şəhidlərinin bu günki müstəqilliyin əsas carçıları olduğunu bilir və öz növbələrində 20 Yanvar həqiqətləri haqqında hər kəsi məlumatlandırmağı özlərinə vəzifə bilirlər elə bu məqsədlə məktəbimizdə “Yanvar həqiqətləri” başlığı altında təşkil olunan divar qəzetinin tərtibində məktəb şagirdləri böyük həvəslə iştirak etdilər.
Məktəbimizdə bu qismə aid olub, ənənə halını almış tədbirlərdən biri də “Qanlı Yanvar şagirdlərin gözü ilə” adlı rəsm sərgisidir. Sərgidə məktəb şagirdlərinin “Qanlı gecəni” əks etdirən əl işləri sərgiləndi.