Polis Akademiyasının əməkdaşları şagirdlərlə görüş keçirdi
Bu gün Bakı şəhər Nərimanov rayon D. Nəbiyev adına 178nömrəli tam orta məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi, Cinayət-hüquq kafedrasının müəllimi İmamverdi Rəhimov , Kadr şöbəsinin inspektoru Mətin Əliyev və Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor Sabir Seyidovun iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verilmişdir.