Naxçıvanın tarixi ilə bağlı bilik yarışı

 

Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biridir. Aparılan arxeoloji tədqiqatlar nəticəsində Naxçıvanda e. ə. II-I minilliklərə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. Yaxın Şərqin qabaqcıl mədəniyyət mərkəzləri ilə coğrafi yaxınlıqda olan Naxçıvan mədəniyyəti buradakı tayfaların həyatına çox böyük təsir göstərmiş, ərazidə erkən şəhər mədəniyyəti və sinifli cəmiyyətin əlamətləri daha tez meydana çıxmışdır.

Naxçıvanın tarixini şagirdlərə daha dərindən öyrətmək məqsədi ilə bu gün məktəbimizin 5"A" və 5"C" sinif şagirdləri arasında Naxçıvan ayı layihəsi çərçivəsində tarix fənnindən bilik yarışı keçirildi. Fənn müəllimləri Şəhla Talıblı və Səadət Paşayeva Naxçıvanın tarixi, mədəniyyəti ilə bağlı sualları səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi