Torpaq çərşənbəsi- Novruz bayramının sonuncu çərşənbəsi - ilaxır çərşənbə

Çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan “Torpaq” çərşənbəsidir. Torpaq çərşənbəsi əvvəlki çərşənbələrə nisbətən öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha təmtəraqlı şəkildə qeyd olunur.Xalq arasında axır çərşənbə "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" də adlandırılır. Axır çərşənbə Novruz çərşənbələri arasında ən dəyərlisi, qiymətlisidir. Qədim zamanlardan axır çərşənbə xalq arasında ən əziz günlərdən hesab edilib. Torpaq çərşənbəsində təbiət oyanır, torpaq nəfəs alır, hamı bayramı xoş ovqatla qarşılamağa çalışır. Torpaq çərşənbəsi xalqı sanki əməyə səsləyən carçı rolunu oynayır. Belə ki, artıq təbiət oyandığı, torpaq canlandığı üçün əkin-biçin dövrü də başlanır. Yerlər şumlanır, toxumlar səpilir. Yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Qadınlar,qızlar evlərdə xonçalar tutur, süfrəni müxtəlif növ çərəzlər ilə bəzəyirlər.Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanır. Ilaxır çərşənbə - torpaq çərşənbəsini məktəbimizin müəllim və şagird heyəti böyük həvəs ilə qeyd etdi .Şagirdlərimiz yer çərşənbəsi haqqında hazırladıqları maraqlı mühazirələr ilə çıxış etdilər.Novruzun rəmzi sayılan səmənini, novruzgülünü, baharın gəlişini özündə əks etdirən şerlər söyləyərək müəllimləri və öz yoldaşlarını ürəkdən təbrik etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi