Naxçıvanın tarixi abidələri
"Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli sərəncamının icrasından irəli gələrək Naxçıvanın geolasiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvanın Muxtar Respublikasının yaradılması, tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı" layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur.
Bu məqsədlə bu gün məktəbimizin 1"A" sinfində "Naxçıvanın tarixi abidələri" adlı sinif təşkilat saatı keçirildi. Sinif müəllimi Mehdiyeva Validə şagirdləri maarifləndirdi. Mövzu ilə bağlı rəsmləri şagirdlərə təqdim etdi. Daha sonra fotolarda təsviri olan tarixi məkanlar barədə şagirdlərə məlumat verdi.