"Füzuli irsi mənəvi qidamızdır" adlı ədəbi-musiqili gecə keçirildi

 

2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Ölkə başçısı cənab Prezident İlham Əliyev 530 illik yubileyin keçirilməsinə dair sərəncam imzalamışdır. Bu sərəncama müvafiq olaraq Elm və Təhsil Nazirliyinin tərtib etdiyi tədbirlər planına əsasən məktəbimizdə də silsilə tədbirlər, dəyirmi masalar təşkil olundu. Məktəbimizin 7-10-cu sinif şagirdləri kitabxana müdirimiz Esmira xanım və dərnək rəhbərimiz Gülnarə müəllimənin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Füzulinin əsərlərindən səhnəciklər canlandırdılar. Şagirdlərimiz "Məni candan usandırdı" , "Söz" qəzəllərini söylədilər. Daha sonra qəzəllərin dərin anlamları birlikdə müzakirə edildi.

Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi