"Hüquqlarını tanı, gələcəyini qur"
2024- cü ildə ölkəmizin qoşulduğu BMT-in Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilib. Buna müvafiq olaraq məktəbimizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı dəyirmi masa keçirilmişdir. 3"B" sinif şagirdləri fəal iştirak etmişdir.
Öncədən öyrəndikləri məlumatları bölüşən şagirdlər fikir mübadiləsi etdilər.
Uşaqların müdafiəsi ilə bağlı məlumatlar əks olunmuş rəsmlər təqdim edildi. Şagirdlər hüquq və vəzifələrini fərqləndirməyi öyrəndilər.