"ZƏFƏRƏ GEDƏN YOL" adlı dəyirmi masa

 
Azərbaycan xalqı əsrlər boyu keşməkeşli tarix yaşamışdır. Bu xalq həmişə güclü, döyüşkən, əzmkar olmuşdur. Düşmən qarşısında əyilməmiş, başını dik tutmuşdur. 44 günlük Vətən müharibəsi bunu sübut etdi. Mərd qorxmaz oğul yetişdirən analar ağlamadı, Vətən sağ olsun dedi!  2020-ci ilin yekununda xalqımız öz adını tarixə yazdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 44 gün ərzində tarixi Qələbə qazanaraq torpaqlarımızı azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bu münasibətlə bu gün məktəbimizin tarix müəllimələri Səadət müəllim, Şəhla müəllim 8-ci sinif şagirdləri ilə "Zəfərə gedən yol" adlı dəyirmi masa keçirdilər.
Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər mövzu ilə bağlı çıxış etdilər. Onlar Qarabağın mədəniyyətindən, tarixindən, təbiətindən, tarixi abidələrindən söhbət açdılar. Sonda birlikdə fikir mübadiləsi etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi