"MƏKTƏBLƏRDƏ EKOLOGİYA AYI" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ "TƏBİƏTİMİZİ QORUYAQ" ADLI TƏDBİR...

 
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı olaraq, Elm va Təhsil Nazirliyinin tədbirlər planına müvafiq olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması istiqamətində şagirdlərin maarifləndirilməsi məqsədilə oktyabr ayında “Məktəblərdə ekologiya ayı" layihəsi keçirilməsi nəzərdə tutulmuşdur.
Oktyabrın 31-i “Məktəblərdə ekologiya ayı" layihəsi çərçivəsində 1 "B" sinifi  "Təbiəti qoruyaq" mövzusu ətrafında müxtəlif fəaliyyətlər həyata keçirib, təqdimatlar hazırlamışlar.
Şagirdlər mövzu ilə əlaqəli rəsmlər əks olunmuş papaqlar taxmışdılar.
"Gələcək dünyamızı bu gün qoruyaq" devizi altında  şeirlər söylədilər.
Sonda "Təbiəti qoru, öldürmə" şüarı yazılmış vərəqi şarlar vasitəsi ilə  səmaya uçuraraq bütün dünya uşaqları ilə həmrəy olduqlarını bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi