"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində silsilə tədbirlərimiz davam edir. Bu gün məktəbimizin biologiya müəllimi Xəlilova Elnarə 5"C" sinif şagirdləri ilə bu mövzuyla əlaqəli dərs keçdi. Şagirdlər orqanların dili ilə müraciətlər ünvanladılar. Biosfer təbəqəsinin çirklənməsinin qarşısını almaq yolları müzakirə edildi.
Şagirdlər yaxalarından mövzu ilə əlaqəli rəsmlər asmışdılar.