Yel çərşənbəsi- külək oyadan çərşənbə, yelli çərşənbə
İlaxır çərşənbələrin üçüncüsü sayılan yel çərşənbəsinə el arasında "küləkli çərşənbə” də deyilir. Yel çərşənbəsində adətən hava təmizlənir.Gün ərzinde küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir..Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Yel çərşənbəsi ilə əlaqədar məktəbin dil- ədəbiyyat müəllimi Mustafayeva Həvva öz fənnini tədris etdiyi 6a sinif şagirdləri ilə maraqlı disput keçirdi. Mustafayeva Həvva müəllimə şagirdlərə novruzun üçüncü çərşənbəsi sayılan yel çərşənbəsi haqqında ətraflı məlumat verdi.Şagirdlər isə bu çərşənbəyə dair şerlər, deyimlər söylədilər, öz fikirlərini yoldaşları ilə paylaşdılar.