8 Mart - Beynəlxalq Qadınlar Günü – zəriflik və gözəllik bayramı

Beynəlxalq Qadınlar Günü —qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.8 Mart –qadın və gözəllik bayramı kimi qeyd olunur. 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. İndi Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, çünki cəmiyyət ona hörmətlə yanaşır, onu qiymətləndirir. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Müasir Azərbaycan qadını da öz soykökünə, xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, nəsillərin varisliyini təmin edən, tarixi ənənələri qoruyan, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır. Beynəlxalq Qadınlar Günü ilə bağlı məktəbin foyesində maraqlı tədbir keçirildi.Şagirdlər bu günün tarixi haqqında geniş məlumat verdilər. 8 Mart - Qadınlar bayramının bütün dünyada həmçinin, ölkəmizdə də təntənəli şəkildə qeyd edildiyini vurğuladılar,qadınların cəmiyyətdəki xüsusi rolundan bəhs etdilər.Şagirdlərimiz öyrəndikləri şer payları, maraqlı çıxışları ilə müəllimlərimizi ürəkdən təbrik etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi