Təhlükəsiz informasiya axtarışı

Bu gün məktəbimizin 9- cu siniflərində təhsil alan qız və oğlan şagirdləri ilə ayrılıqda  reproduktiv sağlamlıq mövzusuna müvafiq olaraq "Təhlükəsiz informasiya axtarışı" adlı məşğələlər baş tutdu. Təşkilati işlər üzrə direktor müavini Pəri Nağızadə, məktəbin psixoloqu Aygün Mansurova və biologiya müəllimi şagirdlərə mövzu barədə əhatəli məlumat verdilər. Şəxsi gigiyena qaydaları, yeniyetməlik sevgisi, bullinq kimi məsələlərə toxunuldu görüş zamanı.

"Düzgün informasiya axtarışı necə olmalıdır?", "necə edək ki, kiber bullinqin qurbanı olmayaq?" , "doğru informasiyanı dezin informasiyadan necə fərqləndirək?" , " hansı mənbələrə güvənək?" sualları ətrafında geniş müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi