9-cu siniflərin valideynləri ilə görüş

 

Bu gün məktəbimizdə təhsil alan 9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə məktəbin direktoru Xəyalə Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Məzburə Nağıyeva, təşkilati işlər üzrə direktor müavini Pəri Nağızadə, sinif rəhbərləri və fənn müəllimləri iştirak etdilər. Şagirdlərin dərsə davamiyyəti, dərslərə hazırlıq səviyyələri və məktəbli formasından istifadə kimi məsələlər iclasın əsas gündəmini təşkil etdi. Məktəb rəhbərliyi çıxış edərək davamlı nəzarətin olduğunu bildirdilər. Daha sonra sinif rəhbərləri və fənn müəllimləri çıxış edərək siniflərdəki vəziyyət barədə valideynləri məlumatlandırdılar.

Valideyn, şagird və məktəb üçbucağının düzgün qurulmasının əhəmiyyəti bir daha valideynlərin nəzərinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi