Reproduktiv sağlamlıq

Bu gün 178 nömrəli tam orta məktəbin 8-ci siniflərində təhsil alan qız şagirdlərlə "Reproduktiv sağlamlıq" mövzusunda görüş baş tutdu. Məktəbimizin direktoru - ixtisasca biologiya müəllimi olan Xəyalə Qasımova şagirdlərə şəxsi gigiyena qaydaları barədə məlumat verdi. Daha sonra təşkilati işlər üzrə direktor müavini - ixtisasca psixoloq olan Pəri Nağızadə şagirdlərdə yeniyetmelik dövrünün xüsusiyyətləri mövzusunda maarifləndirici söhbət apardı. Sonra məktəbin psixoloqu Aygün Mansurovanın " Mən və mənim əhatəm" adlı çıxışı oldu. Şagirdlərlə yoldaşlıq, dostluq haqqında danışdılar. Verilmiş vəsaitə uyğun olaraq " Mən kiməm?" adlı tapşırıqı icra etdilər. Sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi