4 Oktyabr " Ümumdünya Heyvanların Müdafiə Günü"

 

Hər il oktyabr ayının 4-ü Ümumdünya Heyvanlar Günü və ya Ümumdünya Heyvanları Müdafiə Günü kimi qeyd edilir. Bu əlamətdar gün 1931-ci ildə Florensiyada (İtaliya) ekoloqların beynəlxalq konqresində heyvanların müdafiəsi üçün təqvimə daxil edilib.

Oktyabrın 4-ü ona görə seçilib ki, bu gündə müqəddəs katolik Fransisko Assizko vəfat edib. Orta əsr İtaliyasında yaşamış əfsanəvi zahid heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransiskonu heyvan və quşların əhatəsində təsvir ediblər.

Bu gün məktəbimizin 3"B" sinif şagirdləri ilə sinif müəllimləri Elnarə Pənahova və kitabxana müdiri Esmira Ağayeva qrup işi keçirdilər. Şagirdlər heyvan rəsmləri boyadılar, heyvanların bizim həyatımızdakı rolu barədə müzakirələr etdilər. Kitablardan heyvanlarla bağlı maraqlı məlumatlar oxudular.

Daha sonra sinif müəllimi və təşkikatçı Pəri Nağızadə ilə birlikdə məktəbin həyətyani ərazisində şagirdlər özləri düzəltdikləri quş və pişik yuvalarını yerləşdirdilər. Sahipsiz pişiklər üçün qablara yem tökdülər.

Şagirdlərin əllərində "Heyvanları qoruyaq" , " Pişiklərin quyruğunu çəkməyək" , "İtləri incitməyək" kimi şüarlar olan rəsmlər tutmuşdular.

Dilsiz dostlarımızı sevək və hər birimiz onları qoruyaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi