Şəhidin anım günü

Bu gün 4"B" sinif şagirdi Heydərova Kübranın atası şəhid Anar Heydərovun anım günü idi. Övladının oxuduğu sinifdə şəhidin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər şəhidin rəsminin qarşısına qərənfillər düzüb və vətənpərvərlik mövzusunda şeirlər söyləmişlər. Şəhidin xanımına məktəb rəhbərliyi və sinif müəllimi tərəfindən baş sağlığı verilmişdir.
Şəhid Anar Heydərov ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif edilmişdir.