11-ci sinif şagirdlərinin valideynləri ilə görüş

Bu gün 178 nömrəli məktəbin 11-ci sinif valideynləri ilə görüş keçirilib. Görüşdə məktəbin direktoru Xəyalə Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Məzburə Nağıyeva, Ülviyyə Cumayeva, təşkilatçı Pəri Nağızadə, sinif rəhbərləri və valideynlər iştirak ediblər.
İclas məktəb - valideyn əməkdaşlığının gücləndirilməsi, valideynlərlə birgə şagirdlərin təhsil və tərbiyəsinə aid problemlərin həlli yollarının axtarılması məqsədi ilə keçirilmişdir.
Şagirdlərin dərsə dəvamiyyəti, intellektual, fiziki, mənəvi-psixoloji inkişafı ilə bağlı məsələlər iclasın əsas müzakirə obyekti olub.
Sonda valideynlərin suallarına aydınlıq gətirilmiş, onların tələb və təkliflərini dəyərləndirmək məqsədi ilə qeydlər götürülmüşdür.