27 sentyabr "Anım Günü"

Rəşadətli ordumuzun 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı "Zəfər" Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı işğaldan azad etmək üçün Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən artıq 4 il geridə qalır.

Bu gün məktəbimizdə "Anım Günü" ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, şagirdlər iştirak etdilər. Tədbirə fəxri qonaq qismində məktəbin təqaüdçü müəllimi, şəhid xanımı Məlahət müəllimə və şəhid Heydərov Anar Bəhruz oğlunun xanımı iştirak etdilər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi və tədbir iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.

Azərbaycan Respublikasının Ali Baş Komandanı, prezident İlham Əliyevin 2-ci Qarabağ Müharibəsi zamanı xalqa müraciətlərindən ibarət olan videoçarx iştirakçılara təqdim olundu.

Məhz bu tarixdə xalqımız, dövlətimiz "Dəmir yumruq" kimi birləşdi.

Tədbirin bədii hissəsində şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.

Sonda xatirə şəkilləri çəkildi.

Allah şəhidlərimizə rəhmət etsin!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi