Şəhidin əmanətləri ilə görüş

Bu gün məktəbimizin 1"Ç" sinfində qəhrəman oğlumuz,,,canavar" ləqəbli şəhid Baba Qasımzadənin ailə üzvləri ilə görüş keçirilib. Görüşdə şəhid xanımı Günay xanım və şəhid övladı Əlimehdi, eləcə də məktəbimizin direktoru Xəyalə Qasımova, dərs hissə müdiri Ülviyyə Cumayeva, məktəbimizin təşkilati işlər üzrə direktor müavini Pəri Nağızadə , sinif rəhbəri Hüseynova Afaq iştirak ediblər.
Baba Qasımzadənin keçdiyi döyüş yolundan söhbət edilib, onun şücaəti və rəşadəti haqqında şagirdlərə məlumat verilib.Qeyd olunub ki,məktəbin 1"Ç" sinfi məhz bu qəhrəmanımızın adını daşıyır. Görüşdə şəhid övladı öz həmyaşıdları üçün gətirdiyi kiçicik hədiyyələri təqdim etdi.Öz növbəsində Əlimehdi balamiza da Afaq müəllimə əlavə dərs materialları hədiyyə etdi. Sonda xatirə şəkli çəkildi.