Sülh günü
21 sentyabr bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur.
Sülh - əminamanlıqdır, asayişdir! Sülh- sevincdir, səadətdir, şadlıqdır, xoş əhval-ruhiyyədir!
Bu gün məktəbimizin 4 "D" və 3"B" sinif şagirdləri ilə "Sülh günü"nə həsr olunmuş dərslər keçirildi. Şagirdlər mövzu ilə bağlı mahnılar oxudular, şeirlər söylədilər. Sinif rəhbərləri "sülh nədir?" , "necə edək ki, hər zaman sülh içində yaşayaq?" sualları ətrafında şagirdlərlə diskussiya keçirdilər.
Məqsəd cinsindən, irqindən, milliyətindən, yaşından, dilindən və dinindən asılı olmayaraq bütün insanların bir-biri ilə mehriban, dostca münasibət göstərməsinin önəmi şagirdlərə aşılamaqdır.
Müxtəlif dövlətlərin bayraqlarını əllərində tutan şagirdlər "Müharibəyə yox deyək" şüarını səsləndirdilər.
Daha sonra şagirdlər məktəbin həyətyanı ərazisində sülh rəmzi olan ağ göyərçinləri səmaya uçurdular.